"Liverpul" gələn yay heyətini gücləndirmək üçün Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingemi transfer edəcək.
Fanat.Az xəbər verir ki, bu barədə ingiltərənin "Mirror" nəşri məlumat yayıb.
Xəbərə görə, "Liverpul" gənc futbolçu üçün sərfəli təklif hazırlayıb. Bu transfer klub üçün rekord məbləğə - 90 milyon funt sterlinqə başa gələcək.
Xatırladaq ki, Bellingem "Borussiya Dortmund"a 2020-ci ildə "Birmingem Siti"dən keçib.
Emin