Cari mövsüm qeyri-sabit çıxışla diqqət şəkən "Liverpul"un baş məşqçisi Yürgen Kloppun istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığı bildirilib.
Fanat.Az xəbər verir ki, bu barədə şəxsi "Twitter" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq informasiya yayıb.
Mənbə rəhbərliyin alman mütəxəssisə güvəndiyini və nəticələrin necəliyindən asılı olmayaraq sözügedən çalışdırıcının azı mövsümün sonuna qədər postunda qalacağını vurğulayıb. Kloppun özünün də istefaya getməyi ağlından keçirmədiyini yazan jurnalist informasiyanı kluba yaxın mənbədən əldə etdiyini açıqlayıb.
Xəbərə görə, "qırmızılar"ın bossları Kloppla görüşərək durumu müzakirə edib qışda komandaya yeni mərkəz müdafiəçisi alınmasına qərar verilib.
Xatırladaq ki, artıq İngiltərə Premyer Liqasının 12 turu geridə qalıb. 2015-ci ildən "Liverpul"un baş mə.qşisi olan Kloppun komandası turnir cədvəlində 9-cu pillədədir. Onun mersisaydlılarla olan müqaviləsinin müddəti isə 2026-cı ilə qədər nəzərdə tutulub.
Nihat