İngiltərənin "Liverpul" klubu 2023/2024 mövsümü üçün ev formasını təqdim edib.
Fanat.Az xəbər verir ki, "Nike" istehsalı olan bu geyim dəstləri məşq zamanı bədənin müəyyən qədər sərin qalmasına yardımçı olur.
Dizaynerlər formanı hazırlayarkən mersisaydlıların 1973/1974 mövsümündəki geyimindən ilhamlanıb. Həmin vaxt Bill Şemklinin çalışdırdığı "Liverpul" İngiltərə Kubokunun qalibi olmuşdu.

"Qırmızılar"ın yeni formanı ilk dəfə cari mövsümün son oyununda geyinəcəkləri vurğulanıb. Həmin qarşılaşma mayın 20-də, "Aston Villa"ya qarşı keçiriləcək.
Nihat