"Liverpul" klubu futbolçuları üçün psixoterapevt tutub.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, komanda aparıcı psixi sağlamlıq mütəxəssisi İşbel Strakeri heyətinə cəlb edib.
Onun vəzifəsi gənc oyunçulara üzləşdikləri təhqirlər, onlayn trollinq, irqçilik, eləcə də şöhrətin təsirləri ilə mübarizə aparmağa kömək etməkdir. Straker futbolçularla fərdi seanslar keçirəcək.
Mənbə qeyd edir ki, “Liverpul” Premyer Liqada gənc ulduzları üçün psixoterapevt tutan ilk klubdur.
Emin