"Liverpul" Mbappedən vaz keçdi

"Liverpul" Mbappedən vaz keçdi

"Liverpul" PSJ-nin hücumçusu Kilian Mbappeni heyətə qatmaq istəyindən vaz keçib.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Florian Plettenberq yayıb.

Xəbərə görə, hazırda Mbappeni rənglərinə bağlamağa çalışan yeganə Avropa klubu "Real Madrid"dir. Mənbə İspaniya nəhənginin 24 yaşlı ulduzla gələn ilin ilk aylarında müqavilə bağlamaq üçün bütün gücünü səfərbər etdiyini vurğulayıb.

Qeyd edək ki, Mbappenin PSJ-ilə anlaşmasının müddəti cari mövsümün sonunda başa çatacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər