"Liverpul" Lavia üçün daha bir təklif göndərdi - MƏBLƏĞ

"Liverpul" Lavia üçün daha bir təklif göndərdi - MƏBLƏĞ

"Liverpul" 19 yaşlı yarımmüdafiəçi Romeo Lavianın transferi üçün "Sauthempton"a ikinci təklifini göndərib.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, "qırmızılar" bu dəfə  "müqəddəslər"in qapısını 69,6 milyon avro ilə döyüb. 

Məlumata görə, hazırda "Sauthempton" rəsmiləri həm "Liverpul", həm də Lavianın digər elçisi "Çelsi" ilə də danışıq aparırlar. 

"Liverpul"un 58,5 milyon avroluq ilk təklifi eyniadlı şəhərin təmsilçisi tərəfindən rədd edilmişdi. 

Ötən mövsüm "Sauthempton" forması ilə bütün turnirlərdə 35 matça çıxan Belçika millisinin üzvü 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər