"Liverpul" mövsümün sonunda komandadan ayrılacağını bəyan edən Yürgen Kloppun yerinə yeni baş məşqçi axtarışındadır.
Fanat.Az "Todofichajes"-ə istinadən xəbər verir ki, Mersisayd klubu İspaniyanın “Jirona” komandasının çalışdırıcısı Miçelə elçi düşüb.
La Liqa klubu onun rəhbərliyi altında cari mövsümdə uğurla çıxış edir və hazırda çempionluq uğrunda mübarizə aparır.
Xaviyə əvəzləyici axtaran "Barselona"nın da Miçelin xidmətində maraqlı olduğu bildirilir.
İngiltərə Premyer Liqasında 21 turun nəticəsinə əsasən, "Liverpul" 48 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.
Mirağa