"Liverpul" Kloppla müqavilə yenilədi - RƏSMİ

"Liverpul" Kloppla müqavilə yenilədi - RƏSMİ

"Liverpul" rəhbərliyi komandanın almaniyalı baş məşqçisi Yürgen Klopp ilə müddəti 2026-cı ilə qədər olan yeni müqavilə imzalayıb.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

54 yaşlı Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. Onun rəhbərliyi altında "qırmızılar" 2020-ci ildə, son 30 ildə ilk dəfə İngiltərə çempionu olub. Klopplu "Liverpul" 2022-ci ildə İngiltərə Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər