"Liverpul" futbolçuları Marko Qruiç və Tayvo Avoniyi ilə yolları ayırıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçular "mersisaydlılar"ın düşərgəsini tərk edib.
İngiltərə təmsilçisinin rəsmi saytı onlarla belə vidalaşıb:
"Klubdakı hər kəs "Liverpulun" inkişafındakı töhfələri üçün Marko və Tayvoya təşəkkür edir və gələcək karyeralarında ən yaxşısını diləyir".
Qeyd edək ki, Qruiç ötən mövsüm icarə əsasında "Portu"nun şərəfini qoruyub. Avoniyi isə son mövsümü Berlinin "Union" klubunda keçirib.
Emin Şəmsiyev