"Liverpul" hücumçusu ilə vidalaşdı - RƏSMİ

"Liverpul" hücumçusu ilə vidalaşdı - RƏSMİ

"Liverpul" hücumçusu Divok Oriqi ilə yolları ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

27 yaşlı belçikalı 2022-ci il iyunun 30-na kimi nəzərdə tutulan müqaviləsinin müddəti başa çatdıqdan sonra mersisaydlıların düşərgəsini azad agent kimi tərk edəcək. Futbolçunun yay transfer pəncərəsində "Milan"ın heyətinə qoşulacağı güman edilir.

Belçikalı futbolçu ötən mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Oriqi 2014-cü ilin iyulunda "Liverpul"a keçmişdi. Ümumilikdə o, komandanın heyətində 175 oyun keçirib, 41 qol vurub və 18 məhsuldar ötürmə verib. Hücumçu "Liverpul"la İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olub. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər