"Liverpul" hələ belə aqibət yaşamamışdı - Antirekordlar

"Liverpul" hələ belə aqibət yaşamamışdı - Antirekordlar

"Liverpul" Çempionlar Liqasının 1/8 final mərhələsində "Real Madrid"lə ilk oyununda antirekordlarla yadda qalıb.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubu ilk dəfə öz meydanında keçirdiyi avrokubok matçında 5 qol buraxıb.

Bundan başqa, mersisaydlılar Çempionlar Liqası tarixində ilk dəfə 2:0 öndə olduğu görüşdə 3 top fərqi ilə uduzub.

Qeyd edək ki, "Liverpul"  dünən "Enfild"dəki matçda 14-cü dəqiqədə "Real  Madrid"i 2:0 üstələsə də, sonda 2:5 hesabı ilə məğlub olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər