"Liverpul" gənc ulduzla gücləndi - RƏSMİ

"Liverpul" gənc ulduzla gücləndi - RƏSMİ

İngiltərənin "Liverpul" klubu yeni futbolçu transfer edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızılar" "Fulhem"in 20 yaşlı yarımmüdafiəçi Fabiu Karvalyunu heyətinə qatıb. 

Karvalyu müddəti 2027-ci ilin yayınadək olan müqaviləyə imza atıb.

Portuqaliyanın U-21 yığmasının da üzvü olan gənc futbolçunun keçidinə görə klubuna 5,9 milyon avro ödənilib.

Qeyd edək ki, Karvalyu ötən mövsüm "Fulhem"də 38 matça çıxaraq 11 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər