"Liverpul" hücumçusu Divok Origi barədə qərar verib.
Fanat.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, İngiltərə klubunun idarəçiləri belçikalı forvardı bu qış satışa çıxarmayacaqlar.
"Milan"ın hədəfində olduğu deyilən Originin "qırmızılar"ı tərk etməsini baş məşqçi Yürgen Kloppun da istəmədiyi vurğulanıb. Belə ki, hazırda Sadio Mane və Məhəmməd Salahın timsalında komandanın əsas hücumçuları Afrika Kubokunda mübarizə aparan millilərinin sıralarındadır. Onların yoxluğunda alman mütəxəssis qarşıdakı oyunlarda Divoka daha çox şans verməyi planlaşdırıb.
Bu mövsüm İngiltərə Premyer Liqasında 3 oyuna çıxan Origi 2 qol vurub. Onun hesabında 5 Çempionlar Liqası qarşılaşmasında imza atdığı 1 qol və eyni sayda məhsuldar ötürmə də var.