İngiltərə Liqa Kubokunda sonuncu finalçı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, sonuncu yarımfinal görüşü “Liverpul”la “Fulhem” arasında baş tutub.
Bu oyunda qalib müəyyənləşməyib. Nəticədə ilk oyunu qalib başa vurmuş “Liverpul” finala yüksəlib.
Sözügedən komanda finalda “Çelsi”ylə qarşılaşacaq.
İngiltərə Liqa Kuboku Yarımfinalın cavab oyunları 23 yanvar
Çelsi – Midlsbro 6:1 (ilk oyun 1:0) Qollar: Houson, 15-öz qapısına. E.Fernandes, 29. Disasi, 36. Palmer, 42; 77. Madueke, 81 – Rocers, 88.
24 yanvar
Fulhem – Liverpul 1:1 (ilk oyun 1:2) Qollar: İ.Diop, 77 – L.Dias, 11.