"Liverpul" dominantlıq edir və bizi ələ salırdı" - Erik ten Haq

"Liverpul" dominantlıq edir və bizi ələ salırdı" - Erik ten Haq

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə Premyer Liqasının (İPL) 32-ci turunda evdə "Liverpul"a qarşı keçirdikləri oyunu dəyərləndirib.

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssisin dediklərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Hamınız gördünüz, "Liverpul" dominantlıq edir və bizi ələ salırdı, amma toparlanaraq sonadək oyundan qopmadıq. Hə, vacib anlarda birəbir mübarizələrdə uduzurduq. Bununla belə, əzmkarlıq sərgiləməyi bacardıq. Toparlanandan sonra təmkinli, mütəşəkkil futbolla diqqət çəkdik. Həm topla, həm də topsuz oynayarkən ustalıq səviyyəmizi göstərdik. Birinci hissədə gənc oyunçularımız bir qədər çaşqın görünsələr də, ikinci yarıda özlərinə gəldilər. Əsas odur ki, özümüzə inanır, qələbə qazanmağın mümkün olduğunu dərk edirdik".

Qeyd edək ki, 31 tura 71 xal toplayan "Liverpul" İPL-in turnir cədvəlində 2-ci, 49 xala malik MY isə 6-cı pillədə mövqe tutub.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər