“Liverpul” bunu 14-cü dəfə bacardı

“Liverpul” bunu 14-cü dəfə bacardı

“Liverpul” İngiltərə Liqa kubokunun yarımfinalında “Fulhem”i üstələyərək (1:0, 1:1) finala adlayıb.

Fanat.Az xəbər verir ki, mersisaydlılar bununla da tarixlərində 14-cü dəfə İngiltərə Liqa kubokunun finalına yüksəliblər.

Bu isə rekord deməkdir. Daha əvvəl heç bir komanda belə nəticə göstərməyib.

“Liverpul” ümumilikdə 9 dəfə İngiltərə Liqa kubokunu qazanıb.

Yurgen Kloppun baş məşqçilik etdiyi komanda builki finalda “Çelsi” ilə qarşılaşacaq. Görüş fevralın 25-də “Uembli” stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər