"Liverpul" bu mövsüm 5 dəfə bu hesabla qalib gəlib

"Liverpul" bu mövsüm 5 dəfə bu hesabla qalib gəlib

"Liverpul" İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində "Lester" üzərində inamlı qələbə qazanıb (3:1).

Fanat.Az xəbər verir ki, mersisaydlılar üçüncü dəqiqədə qapısında qol görsələr də, Kodi Qakpo, Dominik Soboslai və Dioqo Jotanın qolları sayəsində geridönüş ediblər.

Ümumilikdə bu, "Liverpul"un cari mövsümdə keçirdiyi 8 matçda əldə etdiyi beşinci 3:1 hesablı qalibiyyətidir. Yurgen Kloppun komandası son görüşlərdə, konkret ardıcıl dördüncü dəfə bu hesabla qələbə qazanıb.

Bundan əvvəl "Liverpul"un "Vest Hem", "Vulverhempton", "Bornmut" (hamısı Premyer Liqada) və LASK (Avropa Liqası) ilə matçları da eyni hesabla başa çatıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər