"Liverpul" bu futbolçusunu "Əl-İttihad"a satır - Razılıq əldə edildi

"Liverpul" bu futbolçusunu "Əl-İttihad"a satır - Razılıq əldə edildi

Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu "Liverpul" ilə danışıq aparır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, ərəblər braziliyalı yarımmüdafiəçi Fabinyo üçün İngiltərə nəhənginə 45 milyon avro təklif edib. Mənbə tərəflərin ortaq məxrəcə gəlməyə çox yaxın olduğunu, futbolçunun özünün artıq "Əl-İttihad"la şəxsi müqavilənin bütün şərtlərini razılaşdırdığını vurğulanıb.

Qeyd edək ki, Fabinyonun "Liverpul" ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub. Ötən mövsüm mersisaydlıların forması ilə İngiltərə Premyer Liqasında 36 matça çıxan "sambaçı" iki məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər