"Liverpul" braziliyalı hücumçusu Roberto Firmino ilə müqavilə yeniləməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Liverpool Echo" yayıb.
Mersisaydlılar artıq klubla olan indiki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq "sambaçı" üçün təklif hazırlayıb. Məhəmməd Salah və Sadio Mane kimi ulduzları itirmək ehtimalını nəzərə alan rəhbərlik 30 yaşlı Firmino ilə bağlı durumu vaxtında sığortalamaq istəyir.
Qeyd edək ki, Firmino bu mövsüm bütün turnirlər daxil olmaqla, "Liverpul" formasıyla 31 matça çıxıb. Cənubi amerikalı bu qarşılaşmalarda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat