"Liverpul" Bellinqemin qardaşını da əldən buraxdı

"Liverpul" Bellinqemin qardaşını da əldən buraxdı

"Liverpul" daha bir Bellinqemi əldən buraxdı. 

Fanat.Az xəbər verir ki, Cud Bellinqemi heyətinə qata bilməyən "mersisaydlılar" futbolçunun kiçik qardaşı Cobu transfer etmək fikrində idi. Lakin "Birminqen Siti"də çıxış 17 yaşlı Cob "Sanderlend" keçməyə qərar verib. 

Çempionşipdə cari mövsüm 22 matçda meydana çıxan gənc futbolçu parlaq çıxışı ilə "Liverpul"la yanaşı "Nyukasl" və "Mançester Siti"nin də diqqətini cəlb edib. Hər 3 klubla da danışıqlar aparan istedadlı yarımmüdafiəçi 3 milyon funt qarşılığında "Sanderlend"ə keçməyi seçib. Cob Bellinqemin qarşıdakı 10 gün içində yeni klubu ilə müqavilə bağlayacağı bildirilir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər