"Liverpul" 60 milyonluq futbolçusuna azad agent statusu verir

"Liverpul" 60 milyonluq futbolçusuna azad agent statusu verir

"Liverpul" yarımmüdafiəçisi Nabi Keyta ilə bağlı qərar verib. 

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi qvineyalı futbolçunu azad agent kimi buraxmağa hazırdır.  Xəbəri "Football Insider" yayıb. 

27 yaşlı Keyta "Liverpul"a 2018-ci ilin yayında "Leyptsiq"dən 60 milyon avro qarşılığında keçib. O vaxtdan bəri özünü əsas komanda oyunçusu kimi təsdiqləyə bilməyən yarımmüdafiəçi daim zədələrlə bağlı problem yaşayıb. 

Keyta İngiltərə klubunun tarixinə dördüncü ən bahalı transfer kimi düşüb. Yalnız Alisson (62,5 milyon avro), Vircil van Deyk (84,65 milyon avro) və Darvin Nunyes (80 milyon avro) ondan baha başa gəlib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər