İngiltərə Premyer Liqasının 27-ci turunda "Nottingem Forest"i 1:0 hesabı ilə üstələyən "Liverpul" uzun sürən uğursuzluğa son qoyub.
Fanat.Az xəbər verir ki, 90+9-cu dəqiqədə Darvin Nunyesin vurduğu qol sayəsində "məşəbəyilər"i məğlub edən "qırmızılar" 40 il sonra bu komandanı səfərdə yenməyi bacarıb.
40 il əvvəlki zəfərdən sonra keçirilən 13 səfər qarşılaşmasının 7-də heç-heçə qeyd alınmış, 6-da "Nottingem" qalib gəlmişdi.