"Liverpul" 4-cü dəfə bunu bacardı

"Liverpul" 4-cü dəfə bunu bacardı

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda evdə Avstriyanın LASK komandasını yenən (4:0) "Liverpul" rekordunu təkararlayıb.

Fanat.Az xəbər verir ki, “qırmızılar” cari mövsüm evdə çıxdığı 10 matçın hamısında qələbəyə sevinən tərəf olub.

Mersisaydlılar tarixində dördüncü dəfə bunu bacarıb. "Liverpul" 1893/1894 (16 qələbə), 1972/1973 (11) və 1985/1986 (13) mövsümlərində də ilk 10 ev oyununda büdrəməyib.

Qeyd edək ki,"Liverpul" Avropa Liqasının E qrupunda 12 xalla liderdir. Yürgen Kloppun çalışdırdığı kollektiv İngiltərə Premyer Liqasında 28 xalla 3-cü pillədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər