"Liverpul" 19 yaşlı belçikalıdan əl çəkmir - Gəlir?

"Liverpul" 19 yaşlı belçikalıdan əl çəkmir - Gəlir?

"Liverpul" yeni yarımmüdafiəçi transferi istiqamətində çalışmalarını davam etdirir.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Xəbərə görə, "qırmızılar" belçikalı futbolçu Romeo Lavianın klubu "Sauthempton"a yeni təklif göndərəcək. Mənbə 43 milyon avroluq ilk təklifi geri çevirilən "Liverpul"un məbləği qaldırdığını, qarşı tərəfin isə 19 yaşlı oyunçunu 58 milyon avrodan aşağı qiymətə satmaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, ötən mövsüm İPL-də 29 matça çıxan lavia 1 qol müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər