"Liverpul" 19 ildir qarşılaşmadığı rəqiblə oynayacaq

"Liverpul" 19 ildir qarşılaşmadığı rəqiblə oynayacaq

"Liverpul" rəsmi saytı vasitəsi ilə İspaniyanın "Real Betis" klubu ilə yayda yoldaşlıq görüşü keçirəcəklərini bəyan edib.

Fanat.Az xəbər verir ki, "qırmızılar" "Betis" ilə yeni mövsümə hazırlıq proqramı çərçivəsində ABŞ-də qarşılaşacaqlar.

Görüş iyulun 26-da, Pittsburqda baş tutacaq. 

"Liverpul" Sevilya təmsilçisi ilə son dəfə 2005-ci ildə üz-üzə gəlib. Çempionlar Liqasının qrup mərhələsinə təsadüf edən həmin duel "Enfild"də reallaşıb və qolsuz bərabərliklə yekunlaşıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər