Liqa 1 klubunda yeni müqavilə

Liqa 1 klubunda yeni müqavilə

Fransanın “Reyms” klubu müdafiəçisi Şeyx Keyta ilə müqavilənin müddətini artırıb.

Fanat.Az xəbər verir ki, 19 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2026-cı ilin yayına qədər “Reyms”in formasını geyinəcək.

“Reyms”in öz yetirməsi olan fransız futbolçu ötən ildən klubun əsas komandasında forma geyinir. Mərkəz müdafiəçisi əsas komandada indiyə qədər 6 oyuna çıxıb. O, Fransanın U-20 yığmasına da dəvət alır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər