Levandovskinin "Barselona"ya keçəcəyi tarix bəlli oldu - SON DURUM

Levandovskinin "Barselona"ya keçəcəyi tarix bəlli oldu - SON DURUM

"Bayern Münhen"in polşalı hücumçusu Robert Levandovskinin "Barselona"ya keçəcəyi ilə bağlı informasiyalar səngimir.

Fanat.Az xəbər verir ki, "Diario Sport" ulduz forvardın gələn ayın ilk yarısında Kataloniya təmsilçisinin futbolçusu olacağını açıqlayıb.

Mənbə Levandovskinin "Barselona"nın prezidenti Joan Laporta ilə əlaqə saxladığını və klub başqanının ona bu keçidin baş tutması üçün bütün gücünü səfərbər edəcəyini söylədiyini vurğulayıb.  

Levandovski son mövsümdə bütün turnirlər çərçivəsində 46 matça çıxaraq 50 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. "Bayern"dən ayrılmaq istədiyini  bir neçə dəfə dilə gətirən forvardın klubu ilə olan müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər