Levandovski "Barselona"ya kömək edə bilməyəcək

Levandovski "Barselona"ya kömək edə bilməyəcək

"Barselona" Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Viktoriya" (Plzen, Çexiya) ilə görüşə ciddi itkilərlə çıxacaq.

Fanat.Az xəbər verir ki, kataloniyalıların 4 futbolçusu oyunu buraxacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqçilər heyəti belində ağrı olan hücumçu Robert Levandovskiyə istirahət veriblər. Serji Buskets sarı vərəqə limitinə görə görüşdə iştirak edə bilməyəcək. Bundan başqa, La Liqanın 12-ci turunda “Valensiya” ilə oyunda (1:0) zədə alan müdafiəçilər Jül Kunde və Erik Qarsiyanın da adı iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, bu gün keçiriləcək "Viktoriya" (Plzen, Çexiya) - "Barselona" (İspaniya) görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Hər iki komanda ÇL-də pley-offa adlamaq şanslarını itirib. "Barselona" yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər