Polşa millisinin və "Bayern Münhen"in hücumçusu Robert Levandovski "Barselona"ya keçə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə ispan jurnalist Toni Xuanmarti məlumat verib.
"Telecinco" telekanalına danışan futbol insayderi bildirib: "Bayern Münhen" rəhbərliyi yaxşı bilir ki, müqavilə yenilənməyəcək və Levandovskini buraxmalı olacaqlar. Futbolçu özü də "Barelona"ya keçməyə etiraz etmir. Odur ki, onun növbəti mövsüm Kataloniyada olacağı real görünür".
Xatırladaq ki, Levandovskinin Bundesliqa təmsilçisi ilə müqaviləsinin müddəti bu ilin iyun ayının sonunda başa çatacaq.
Emin