Levandovski Barselonada soyuldu

Levandovski Barselonada soyuldu

"Barselona"nın yeni transferi Robert Levandovski bu gün cümə komandanın məşq meydançası qarşısında azarkeşlərlə əylənərkən qarət edilib. 

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, polşalı ulduz fanatları ilə xatirə şəkli çəkdirərkən iki oğru ona yaxınlaşaraq 75 min avro dəyərində olan saatını zorla çıxarıb qaçıblar.

Şahidlərin  verdiyi məlumata görə, Levandovski onları tutmağa çalışsa da, buna nail ola bilməyib.  "Barselona"nın bu yay "Bayern Münhen"dən transfer etdiyi forvard xəsarət almasa da, baş verən hadisədən bir qədər sarsılıb. Klub isə onun normal şəkildə məşq etdiyini açıqlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər