Lautaronun keçidi baş tutmasa, "Barselona" onu transfer edəcək

Lautaronun keçidi baş tutmasa, "Barselona" onu transfer edəcək
"Barselona"nın "B planı" hazırdı.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" "İnter"in hücumçusu Lautaro Martinesi transfer edə bilməsə, diqqətini "Layptsiq"in forvardı Timo Vernerə yönəldəcək.
Alman futbolçunun keçidi 60 milyon avro dəyərində qiymətləndirilir. "Katalonlar" sözügedən məbləği ödəməyə razılıq verəcəyi təqdirdə "Layptsiq"in transferə mane olmayacağı bildirilir.
Cari mövsümdə 36 matçda meydana çıxan Vernerin aktivində 27 qol, 12 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər