Lautaronun keçidi alınmasa, "Barsa" onu transfer edəcək

Lautaronun keçidi alınmasa, "Barsa" onu transfer edəcək
"Napoli"nin hücumçusu Dris Mertens karyerasını "Barselona"da davam etdirə bilər.
Fanat.Az "Het Nieuwsblad"a istinadən xəbər verir ki, "Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferini həll edə bilməsə, diqqətini Mertensə yönəldəcək.
33 yaşlı futbolçu bu yay azad agent statusuna keçəcək. Katalon klubunun ona müqavilə təklif etməyə hazır olduğu bildirilir.
Cari mövsümdə 29 matçda meydana çıxan Mertensin aktivində 12 qol, 6 məhsuldar ötürmə var.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər