Kuman "Barselona"ya yenə "ilişdi": "Keçmişdə qalıblar"

Kuman "Barselona"ya yenə "ilişdi": "Keçmişdə qalıblar"

"Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman Kataloniya nəhəngi barədə sərt açıqlamalara davam edir.  

Fanat.Az xəbər verir ki, niderlandlı mütəxəssis bu dəfə komandanın meydandakı düzülüşünü və oyun üslubunu tənqid edib.

O, "Esport3"-ə müsahibəsində bunları deyib: “Barselona" keçmişlə yaşayır: 4-3-3, tiki-taka. Futbol çoxdan dəyişib. İndi fizika, daha sürətli oyun tələb olunur. Siz keçmişlə yaşaya bilməzsiniz”. 

Qeyd edək ki, Kuman bundan əvvəl "Barselona"nın prezidentini tənqid edib. Niderlandlı çalışdırıcı Kataloniya komandasında baş məşqçi olduğu dönəmdə Joan Laportanın onun işinə qarışdığını, məşqçiliyinə şübhə etdiyini bildirib. 

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər