Kuman "Barselona"dan milyonlarını tələb edir - MƏBLƏĞ

Kuman "Barselona"dan milyonlarını tələb edir - MƏBLƏĞ

Oktyabrın 28-də "Barselona"nın baş məşqçi postundan uzaqlaşdırılan Ronald Kuman Kataloniya klubunun rəhbərliyinə güzəşt etmək niyyətində deyil.

Fanat.Az xəbər verir ki, müqaviləsinin müddəti başa çatmamış qovulan niderlandlı mütəxəssis 12 milyon avro təzminat tələb edir. 

"Mundo Deportivo" sözügedən çalışdırıcının bu məbləğin 60-65 faizinin ödənilməsinə belə, razılaşmadığını vurğulayıb. O, tələb etdiyi məbləği almayacağı halda, məhkəməyə müraciət edəcəyini klub idarəçilərinə çatdırıb.

Qeyd edək ki, daha öncə müqaviləsinə birtərəfli qaydada xitam verilən digər çalışdırıcı - Kike Setyen də məhkəməyə verib. İspaniya nəhəngi Setyenə 14 milyon avro təzminat ödəməlidir.

Nihat    

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər