Kuman "Barselona"dan gedir? - Laportadan yekun cavab

Kuman "Barselona"dan gedir? - Laportadan yekun cavab

"Barselona"nın prezidenti Joan Laporta baş məşqçi dəyişikliyi ilə bağlı söz-sözhbətinə son qoymaq qərarına gəlib.

Fanat.Az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, klub rəhbəri komandanın hazırki baş məşqçisi Ronald Kumanla (Ronald Koeman) münasibətlərinin yaxşı olduğunu bildirib:

"Kumanla olduqca yaxşı münasibətimiz var. "Atletiko Madrid"lə oyunun nəticəsindən asılı olmayaraq, o, klubda qalacaq. Kuman etibarlı mütəxəssisdir, klubun əfsanəsidir. "Barsa"nın olduqca çətin dönəmində belə məsuliyyətin altına girməyini yüksək dəyərləndirirəm".

Xatırladaq ki, daha əvvəl zəif nəticələrə görə Joan Laportanın yeni məşqçi axtarışında olduğu xəbərləri gündəmə gəlmişdi. 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər