"Barselona"nın baş məşqçisi Ronald Kuman klubdakı gələcək karyerası barədə danışıb.
Fanat.Az xəbər verir ki, Kuman "Barselona"da qalıb-qalmayacağı ilə bağlı suala belə cavab verib: "Düşünürəm ki, bu, "Barselona"da son oyunum deyil. Mənim müqaviləm var və bilmirəm ki, sonra nə edəcəyik. Siz bu mövzuda çox danışırsınız, amma mən arxayınam. Əgər klubun dəyişdirməli olduğu nəsə varsa, o, mənimlə danışmalıdır".
İspaniya çempionatının qalibi "Atletiko" olub. Klub 38 görüşdə 86 xal yığıb. "Real" turnir cədvəlində ikinci yerə qərarlaşıb. Kumanın rəhbərlik etdiyi "Barselona" isə 79 xalla üçüncü olub.