Konte millimizə oyuna 26 futbolçu çağırdı

Konte millimizə oyuna 26 futbolçu çağırdı
İtaliya yığmasının baş məşqçisi Antonio Konte oktyabrın 10-da millimiz və 13-də Malta ilə seçmə oyunlar üçün heyəti açıqlayıb. Fanat.az xəbər verir ki, baş məşqçi 26 futbolçuya dəvət göndərib.
 
Konte ilk dəfə milliyə iki yeni oyunçu çağırıb. Bunlardan biri “Empoli”nin müdafiəçisi Daniele Ruqanidi. Digər futbolçu isə “Sautqempton”un hücumçusu Qraziano Pelle olacaq ki, 29 yaşlı forvard yığmamıza qarşı forma geyinəcək.
 
Qeyd edək ki, İtaliya - Azərbaycan oyunu Palermo şəhərində baş tutacaq. Qarşılaşma isə Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.
 
Qapıçılar: Canluici Buffon (Yuventus), Mattia Perin (Cenoa), Salvatore Siriqu (PSJ, Fransa).
Müdafiəçilər: Leonardo Bonuççi, Corco Kellini, Ancelo Oqbana (hamısı “Yuventus”), Andrea Ranokkya (“İnter”), Daniele Ruqani (“Empoli”). 
Yarımmüdafiəçilər: Ciacomo Bonaventura, Mattia de Şilyo, Andrea Poli (hamısı “Milan”), Alberto Akvilani, Manuel Paskual (hər ikisi “Fiorentina”), Antonio Kandreva, Marko Parolo (hər ikisi “Latsio”), Matteo Darmian (Torino), Alessandro Florentsi (Roma), Klaudio Markizio (Yuventus), Tyaqo Motta, Marko Verratti (hər ikisi PSJ, Fransa).
Hücumçular: Mattia Destro (Roma), Sebastian Covinko (Yuventus), Çiro İmmobile (Borussya Dortmund, Almaniya), Pablo Osvaldo (İnter), Qraziano Pelle (Sautqempton, İngiltərə), Simone Zaza (Sassuolo).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər