Kolumbiyalı qoleador "Liverpul"da - RƏSMİ

Kolumbiyalı qoleador "Liverpul"da - RƏSMİ

İngiltərənin "Liverpul" klubu "Portu"nun 25 yaşlı hücumçusu Luis Dias Marulandanı heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "qırmızılar"ın rəsmi saytı yayıb.

Daha öncə müxtəlif mənbələrdə "Liverpul"un 111 milyon avro istəyən Portuqaliya təmsilçisi ilə ortaq məxrəcə gəldiyi və qarşı tərəfə 67 milyon avro ödəyəcəyi ilə bağlı informasiyalar yayılmışdı.

Qeyd edək ki, 2019-cu ildən "Portu"da çıxış edən Kolumbiya millisinin üzvü bu mövsüm Portuqaliya çempionatında 18 matça çıxaraq 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər