"Roma"nın hücumçusu Castin Klyuyvert karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "Fulhem" sözügedən futbolçu ilə şəxsi müqavilənin detalları barədə razılığa gəlib və hazırda klublar danışıqları davam etdirir.
Qeyd edək ki, Castin 2018-ci ildən "Roma"dadır. O, Niderland millisinin sabiq hücumçusu Patrik Klyuyvertin oğludur.
Nihat