Klub prezidenti Kvaratsxeliyanın transferini təsdiqlədi

Klub prezidenti Kvaratsxeliyanın transferini təsdiqlədi

"Napoli"nin prezidenti Aurelio de Laurentis Gürcüstan millisinin və Batumi "Dinamo"sunun yarımmüdafiəçisi Xviça Kavaratsxeliyanın cari mövsümün sonunda Neapol təmsilçisinə keçəcəyini təsdiqləyib.

Fanat.Az xəbər verir ki, "Calciomercato" klub başqanının söylədiklərini belə çatdırıb:

"Dünən onun evində olmuşam. Mövsümün sonunda "Napoli"yə transfer olunacaq".

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra FİFA-nın verdiyi imtiyazdan faydalanan Xviça Kazan "Rubin"i ilə olan müqaviləsini donduraraq "Dinamo"ya keçib. Ardından Rusiya təmsilçisi yarımmüdafiəçinin müddəti 2024-cü ilə qədər olan anlaşmasına xitam verib. Martda Gürcüstan təmsilçisinə üz tutan gənc futbolçu bu komandada çıxdığı 4 oyunda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xviça Azərbaycan millisinin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər