"Liverpul"un macar yarımmüdafiəçisi Dominik Soboslai komandanın baş məşqçisi Yürgen Kloppun cari mövsümün sonunda postundan getmək qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun dediklərini "Liverpul Echo" belə çatdırıb:
"Bu, futboldur. Klopp komandadan ayrılaraq dincəlmək, həyatdan zövq almaq istəyir. O, uzun müddətdir ki, "Liverpul"dadır. Kloppun yerinə kimin gələcəyini bilmirik. Ancaq bunu bilmək də o qədər də vacib deyil. Biz növbəti mütəxəssislə işləməyə hazırıq".
Qeyd edək ki, Soboslai ötən ilin yayından mersisaydlıların formasını geyinir. Cari mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 37 matça çıxan orta xətt oyunçusu 7 qol və 4 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat