Mövsümün sonunda baş məşqçisiz qalacaq "Liverpul" klubu Yürgen Kloppa əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin məlumatına görə, Xabi Alonso ilə bağlı planları baş tutmayan Mersisayd klubunun rəhbərliyi diqqətini "Sportinq Lissabon"un baş məşqçisi Ruben Amorimə yönəldib. Vakant posta məhz bu mütəxəssisin favorid olduğu bildirilir.
"Liverpul" onun keçidi üçün 15 milyon avro ödəməyə hazırdır. Bu təzminat məbləği Amorimin "Sportinq" ilə müqaviləsində göstərilib.
Qeyd edək ki, "Liverpul" İngiltərə çempionatının 28 turundan sonra 64 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Mirağa