Kloppu "Liverpul"da kimin əvəzləyəcəyi dəqiqləşdi - Danışıqlar başladı

Kloppu "Liverpul"da kimin əvəzləyəcəyi dəqiqləşdi - Danışıqlar başladı

İngiltərənin “Liverpul” klubunun idarəçiləri cari mövsümün sonunda baş məşqçi postunu tərk edəcəyini açıqlayan Yürgen Kloppun yerinə kimi gətirəcəklərini dəqiqləşdiriblər. 

Fanat.Az "Footmercato"ya istinadən xəbər verir ki, bu, “Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonsodur və tərəflər artıq danışıqlara başlayıblar.

42 yaşlı mütəxəssislə ilkin danışıqların detalları tam şəkildə açıqlanmasa da, onun futbolçu kimi formasını geyindiyi İngiltərə nəhəngini çalışdırmaq variantına isti yanaşdığı dəqiqdir.

20 matça 52 xal toplayan “Bayer” hazırda Bundesliqa turnir cədvəlinə başçılıq edir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər