"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanın braziliyalı hücumçusu Roberto Firminonun bu yay iş yerini dəyişmək qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı mersisaydlıların rəsmi saytına danışıb:
"Hə, o, gedəcəyini mənə deyib. Təəccübləndimmi? Hə, bir qədər və bu, normaldır. Sonluq iki cür olmalı idi və Firmino bu yolu seçdi. Əsas odur ki, Bobbi hazırda bizimlədir və mövsümün sonuna qədər bütün gücü ilə komandaya kömək edəcək. İndi necə vidalaşacağımız barədə düşünməyə vaxt yoxdur. Bu haqda sonra düşünəcəyik. Firmino azarkeşlərin rəğbətini qazanmağı bacaran oyunçulardandır. Bu məqamı da unutmamalıyıq".
Nihat