"Klopp "Liverpul"da üçüncü ilini keçirəndə..." - Poçettino 

"Klopp "Liverpul"da üçüncü ilini keçirəndə..." - Poçettino 

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino "zadəganlar"ın qeyri-sabit çıxışı barədə sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssisin dediklərini "Football.London" belə çatdırıb:

"Hə, biz nəticə istəyirik, amma indi hər şeyin qaydasında olacağını gözləmək çətindir. Unutmayaq ki, Yürgen Klopp "Liverpul"da üçüncü ilini keçirəndə "Tottenhem" mənim rəhbərliyim altında onları 4:1 hesabı ilə məğlub etmişdi. O vaxt bu nəticəni heç kəs dünyanın sonu kimi qəbul etməmişdi. Sonradan nəyin və necə dəyişdiyini isə hamımız gördük. "Liverpul" həm Premyer Liqanın qalibi oldu, həm də Çempionlar Liqasının. Onlar Kloppun dördüncü ilində nəyə qadir olduqlarını göstərdilər".

Xatırladaq ki, 22 tura 31 xal toplayan "Çelsi" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 10-cu pillədədir.   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər