İngiltərə Premyer Liqasının III turu çərçivəsində avqustun 22-sində keçiriləcək "Mançester Yunayted" - "Liverpul" matçında "qırmızı şeytanlar"ın fanatları stadionun ətrafında və tribunalarda klub rəhbərliyinə qarşı kütləvi etiraz aksiyası keçirməyi planlaşdırır.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, təhlükəsizlik səbəbindən həmin oyun təxirə salına və ya yarımçıq dayandırıla bilər.
Mersisayd klubunun çalışdırıcısı Yürgen Klopp bununla bağlı açıqlamasında bildirib ki, belə bir hal baş versə "Liverpul" avtomatik 3 xal qazanmalıdır:
"Hər hansısa iğtişaşlara görə oyun təxirə salınsa və ya yarımçıq dayandırılsa "Liverpul"a 3 xal verilməlidir".
Emin