"Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"

"Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"
"Maynts" Bundesliqanın 27-ci turu çərçivəsində "Layptsiq"lə oynanılan matçdan 0:5 hesabı ilə məğlub ayrılıb. Rəqibin heyətində Timo Verner het-trik müəllifi olub.
Fanat.Az xəbər verir ki, "Maynts"ın "Twitter" hesabı məğlubiyyətə yumorla reaksiya verib. Klubun "Liverpul"un baş məşqçisi Yürqen Kloppa müraciətində qeyd olunub: "Klopp, bəlkə, artıq Verneri transfer edəsən?"
Vernerin adı "Liverpul"la birlikdə hallanır. Alman futbolçu özü də "qırmızılar"ın formasını geyinməkdə maraqlıdı.
 
Verner Bundesliqanın birinci dövrəsində "Maynts"la oynanılan və "Layptsiq"in 8:0 hesablı qələbəsi ilə bitən görüşdə də het-trik etmişdi. 
Klopp futbolçu karyerasının, demək olar ki, tamamını "Maynts"da keçirib. 2001-2008-ci illər aralığında isə o, "karnavalçılar"ın baş məşqçisi olub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər