Kikboksçu futbol klubuna baş məşqçi təyin olundu

Kikboksçu futbol klubuna baş məşqçi təyin olundu

Vaxtilə rəqiblərinin qol-qanadını “sındıran” sabiq kikboksçu Rene Van Ek bundan sonra gücünü futbolçular üzərində sınayacaq. Fanat.az xəbər verir ki, Hollandiyanın II divizionunda mübarizə aparan “Den Boş”u Ek çalışdıracaq. 

Rəhbərlik böyükhesablı məğlubiyyətdən sonra belə addım atıb. Van Ek futbolçu karyerası ərzində kikboksinqlə də məşğul olub. Məşqçi olandan sonra da o, yetirmələrini kikboksinqin üsullarıyla hazırlaşdırmasıyla tanınıb. O, “Den Boş”lu futbolçularla işə başlayacağı günü səbrsizliklə gözlədiyini deyib.

 

Futbolçu karyerasını 2001-ci ildə başa vuran Rene 4 il “Den Boş”un şərəfini qoruyub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər