“Keşlə”dən yeni transfer - RƏSMİ

“Keşlə”dən yeni transfer - RƏSMİ
"Keşlə” bir müddət əvvəl "Sabah”dan ayrılan yarımmüdafiəçi Yevgeni Koçuku heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
Koçuk buna qədər Moldovanın "Daçia”, Slovakiyanın "Jilina”, Azərbaycanın "Səbail” və "Sabah” klublarında çıxış edib. Həmçinin, 2015-ci ildən Moldova milli komandasına dəvət alan futbolçu yığmada 25 oyun keçirib.
 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər