"Keşlə"dən ikinci transfer - RƏSMİ

"Keşlə"dən ikinci transfer - RƏSMİ
Avropa Liqasında oynayacaq "Keşlə" ikinci transferini həyata keçirib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt klubu 27 yaşlı Şəhriyar Əliyevlə anlaşıb. Onun yeni mövsümdən komandanın şərəfini qoruyacağı açıqlansa da, müqavilənin detalları haqda bilgi verilməyib.
 
"Bakı", "Qarabağ" və "Kəpəz"də oynamış Şəhriyarın son klubu "Sumqayıt" olub.
Qeyd edək ki, Tərlan Əhmədovun komandasına bundan öncə "Neftçi"dən ayrılan Tural Axundov cəlb olunub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər